Modern.az

Bakıda azyaşlını elektrik cərəyanı vurub öldürdü

Bakıda azyaşlını elektrik cərəyanı vurub öldürdü

Aktual

18 İyun 2017, 23:32

Abşeronda uşaq ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

Belə ki, 2013-cü il təvəllüdlü Həsənova Müşgünaz Pərviz qızı evdə oyun oynayarkən ehtiyatsızlıqdan əlini elektrik sayğaçının açıq naqilinə vurub. Nəticədə cərəyan onu divara çırpıb və uşaq hadisə yerində ölüb. Fakt araşdırılır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...