Modern.az

Bakıda avtomobil qaçıran iki yeniyetmə qəza törətdi

Bakıda avtomobil qaçıran iki yeniyetmə qəza törətdi

Aktual

24 İyun 2017, 12:36

İyunun 23-də paytaxtın Nizami rayonu B.Nuriyev küçəsindən Bakı şəhər sakini Aqil İbayevə məxsus "Mercedes" markalı avtomobil qaçırılıb və Naxçıvanski küçəsində idarə edilərkən yol ayırıcısına vurulub.

Daxili İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri olan 2 yeniyetmə aldıqları xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Nizami RPİ tərəfindən araşdırma aparılır.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı