Modern.az

Ağstafada ər arvadını qətlə yetirib

Ağstafada ər arvadını qətlə yetirib

Aktual

28 İyul 2017, 14:47

Ağstafa rayonunda qətl hadisəsi baş verib. 

APA-nın qərb bürosunun verdiyi məlumata göra, hadisə rayonun Qırlı kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Arzu Namazov  ailə münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci il təvəllüdlü Xəyalə Şahbazovanı  bıçaqlayaraq qətlə yetirib. A. Namazov polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, ailənin iki övladı var.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.   

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə