Modern.az

Sabah jurnalist İmdad Əlizadənin atasına qırx mərasimi veriləcək

Sabah jurnalist İmdad Əlizadənin atasına qırx mərasimi veriləcək

Aktual

9 Avqust 2017, 15:13

Sabah jurnalist İmdad Əlizadənin atası mərhum yazıçı-publisist, müəllim Əli Əliyevə qırx mərasimi veriləcək.

Modern.az-ın məlumatına görə, mərhum Əli Əliyevin mərasimi avqustun 10-da Köhnə Günəşlidəki mərasim evində olacaq. Mərasim evi "Bizim market"in yanında yerləşir. Mərasim qadın və kişilər üçün eyni vaxtda - saat 1-də başlayacaq.

Xatırladaq ki, keçən il fevralın 14-də Bakının Nərimanov rayonu ərazisində avtomobilin vurduğu mərhum Əli Əliyev uzun müddət komada qalandan sonra ötən ay rəhmətə gedib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ HÜCUM! Şəhərlər od içində, zavodlar yanır!