Modern.az

Putin, Tramp və Cinpin nəyi müzakirə edəcəklər? - AÇIQLANDI

Putin, Tramp və Cinpin nəyi müzakirə edəcəklər? - AÇIQLANDI

Dünya

Bu gün, 12:04

Çin, ABŞ və Rusiya liderləri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində dünya sülhünün qorunması məsələlərini müzakirə edəcəklər.

Modern.az xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin brifinqdə bildirib.

Onun sözlərinə görə, tərəflər dünya miqyasında sülhün qorunması və böyük dövlətlər arasında münasibətlərdə strateji sabitliyin təmin edilməsi məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparacaqlar.

Mao Nin həmçinin vurğulayıb ki, Çin, Rusiya və ABŞ qlobal çağırışlara qarşı mübarizə aparmaq, sülh və sabitliyə töhfə vermək məsuliyyəti daşıyırlar.

Qeyd edək ki, bundan əvvəl Çinin Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinin noyabrın 19-da Çinin Şençjen şəhərində üçtərəfli görüş keçirəcəklərini təsdiqləmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ HÜCUM! Şəhərlər od içində, zavodlar yanır!