Modern.az

Azərbaycanda 6 ayda 27 üçəm

Azərbaycanda 6 ayda 27 üçəm

Aktual

15 Avqust 2017, 12:01

Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 68885 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,3 təşkil edib.

 

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1208-i əkiz, 27-si üçəmdir.

 

Bu ilin birinci yarısında ölkədə 29477 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 təşkil edib.

 

İlin ilk 6 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 27153 nikah və 7287 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,5 olub.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!