Modern.az

NATO Rusiyanın bu tələbini rədd etdi

NATO Rusiyanın bu tələbini rədd etdi

Dünya

Bu gün, 03:19

NATO-nun baş katibi Mark Rütte Rusiyanın Alyansın 1997-ci il sərhədlərinə qayıtması ilə bağlı tələbini qəbuledilməz adlandırıb.

Modern.az xəbər verir ki, o, noyabrın 23-də Berlində NATO Parlament Assambleyasının iclasında çıxışı zamanı bildirib ki, Alyansda bu təklifi heç kim dəstəkləmir.

Rütte həmçinin Polşa ərazisinə Rusiya raketlərinin düşməsi ilə bağlı hadisəyə münasibət bildirib. O, hadisənin təhlükəli olduğunu vurğulayıb, lakin bunun qəsdən törədildiyini demək üçün hələlik kifayət qədər sübutun olmadığını qeyd edib.

Baş katib bildirib ki, hadisənin səbəbləri Polşa və digər NATO müttəfiqlərinin birgə araşdırmasından sonra müəyyənləşdirilməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı