Modern.az

Çin lideri həqiqətən Putinin salamını almayıb? - Həmin görüntülər araşdırıldı

Çin lideri həqiqətən Putinin salamını almayıb? - Həmin görüntülər araşdırıldı

Dünya

Bu gün, 04:15

Çin lideri Si Cinpinin 2026-cı ilin noyabrında keçirilən sammit zamanı Rusiya prezidenti Vladimir Putinlə əl sıxmaqdan imtina etdiyini əks etdirən video saxta çıxıb.

Modern.az xəbər verir ki, AFP Fact Check-in noyabrın 23-də dərc etdiyi araşdırmaya görə, görüntülər süni intellekt vasitəsilə yaradılmış dərin saxtadır(deepfake).

Yeddi saniyəlik video Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində noyabrın 18-də Çinin Şençjen şəhərində keçirilən görüşdən sonra sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə Putinin Si Cinpinə əl uzatdığı, lakin Çin liderinin əlini geri çəkdiyi təsvir olunub. Video müxtəlif dillərdə, o cümlədən X sosial şəbəkəsində geniş yayılıb.

AFP jurnalistləri müəyyən ediblər ki, saxta video 2026-cı ilin avqustunda Qırğızıstanda çəkilmiş real görüntülər əsasında hazırlanıb. Həmin kadrlarda Putin və Si Cinpin bir-biri ilə əl sıxaraq gülümsəyirlər.

Saxta görüntünün İlon Maskın xAI şirkətinə məxsus Grok Imagine süni intellekt aləti ilə hazırlandığı müəyyən edilib. Videonu paylaşan hesab isə özünü satirik səhifə kimi təqdim edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı