Modern.az

Sərnişin avtobusu yaşlı kişini vurdu

Sərnişin avtobusu yaşlı kişini vurdu

Aktual

4 Sentyabr 2017, 16:46

Bakıda sərnişin avtobusu piyadanı vurub. 

 

Modern.az-ın "Report"a istinadən xəbərinə görə, yol-nəqliyyat hadisəsi Nizami rayonunda qeydə alınıb.

 

Belə ki, Abbas Muradovun idarə etdiyi 35 saylı marşrut avtobusu 8-ci kilometr bazarının qarşısında yol kənarında dayanmış 67 yaşlı Mehrəliyev Şahmar Xıdır oğlunu vurub. Ş.Mehrəliyev ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!