Modern.az

Qazaxda 80 yaşlı kişi özünü yandırıb öldürdü

Qazaxda 80 yaşlı kişi özünü yandırıb öldürdü

Aktual

5 Sentyabr 2017, 10:52

Qazax rayonunda 80 yaşlı kişi özünü yandıraraq öldürüb. 

 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qazax rayonlararası Ruhi Xəstəxanasında baş verib.

 

Belə ki, 20 gün əvvəl xəstəxanaya yerləşdirilən Ağstafa rayon sakini, 1937-ci il təvəllüdlü Tahir Məhəmməd oğlu Hüseynov özünü yandırıb və ağır dərəcəli yanıq xəsarəti alıb. O, daha sonra aldığı xəsarətlərdən ölüb.

 

Yaxınlarının bildirdiyinə görə, xəstəxanadan onlara yaşlı kişinin özü-özünü yandırdığını bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...