Modern.az

ÜAK-ın icraçı direktoru: “Yeni təşkilat yaratmağa hazırlaşırıq”  

ÜAK-ın icraçı direktoru: “Yeni təşkilat yaratmağa hazırlaşırıq”   

Aktual

28 Noyabr 2017, 16:40

“Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) rəsmi qeydiyyatda olmasa da, son günlərədək fəaliyyət göstərirdi. İşimizi davam etdirirdik. Sadəcə, rəsmi şəkildə işlərimizi həyata keçirə bilmirdik”.

Bunu Modern.az-a açıqlamasında rəsmən ləğv olunmuş Ümumrusiya Azərbaycan Konqresinin icraçı katibi İlqar Hacıyev deyib.

O deyib ki, artıq ÜAK-ın yenidən qeydiyyata alınmasına ümid yoxdur.

“Ona görə də yeni təşkilat yaratmağa hazırlaşırıq. Elə təşkilat ki, qeydiyyatdan keçib, fəaliyyət göstərə bilsin. Çünki bir çox yerlərdə yaşayan azərbaycanlılar bizə müraciətlər edir, məktublar ünvanlayırlar. Biz də sənədləri toplayıb, yeni təşkilatın  yaradılmasına start verəcəyik”.

Qeyd edək ki, Rusiyanın məhkəmə instansiyaları Ümumrusiya Azərbaycan Konqresinin ləğvinə dair qərarı qüvvədə saxlayıb, qurumun şikyətlərini rədd edib.


Rusiya Federasiyası Ədliyyə Nazirliyi də öz növbəsində ÜAK-ı Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən çıxarıb. Bununla da, ÜAK təşkilat olaraq legitimliyini itirib, ləğvi rəsmiləşib.

Bu il mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-ın qeydiyyatının ləğvi barədə qərar çıxarıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı