Modern.az

İspaniyada sürət qatarları toqquşub, 50 nəfər ölüb - YENİLƏNİB

İspaniyada sürət qatarları toqquşub, 50 nəfər ölüb - YENİLƏNİB

Dünya

Bu gün, 14:28

İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.

Modern.az xəbər verir ki, bu barədə "Antena 3" televiziya kanalı məlumat yayıb.

13:55

İspaniyada iki qatarın toqquşması nəticəsində azı 46 nəfər həlak olub.

Modern.az xəbər verir ki, bu barədə “ABC” məlumat yayıb.

Hadisə Madrid–Sevilya marşrutu üzrə hərəkət edən “Renfe” və “Iryo” şirkətlərinə məxsus qatarların iştirakı ilə baş verib. “El País”in Nəqliyyat Nazirliyinin ilkin məlumatlarına istinadən yazdığına görə, “Renfe” qatarı “Iryo” qatarına arxadan çırpılıb. Nəticədə iki vaqon relsdən çıxıb.

Arxa vaqonlardan birində olan sərnişin səfərin başlanmasından təxminən 40 dəqiqə sonra güclü zərbə hiss etdiyini bildirib.

Madrid–Əndəlüs sürətli dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb.

İlkin ehtimala görə, hadisə dispetçer səhvi səbəbindən baş verib. Bildirilir ki, texniki heyət siqnalizasiya sistemini təmir edərkən dispetçer yaxınlaşan qatarın maşinistlərini yolda dayanmış digər qatar barədə xəbərdar etməyib.

“ABC”nin məlumatına görə, ölənlərin sayı 2026-cı ilin yanvarında 45 nəfərin həyatını itirdiyi qatar qəzasındakından çoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyevə görə kimlər cəzalanacaq? - Milyardların taleyi...