Modern.az

İsrail Qəzza zolağına aviazərbələr endirib

İsrail Qəzza zolağına aviazərbələr endirib

Aktual

18 Fevral 2018, 10:58

İsrail ordusu HƏMAS hərəkatının Qəzza zolağındaki mövqelərinə aviazərbələr endirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin Twitter-də dərc edilən məlumatında bildirilir.

 

“Ümumilikdə bizim qüvvələr HƏMAS-ın 18 mövqeyinə cavab zərbələri endirib”,- deyə məlumatda qeyd olunur.

 

Aviazərbələrin HƏMAS tərəfindən İsrail hərbi patrulun fuqas vasitəsi ilə partladılmasına cavab olaraq həyata keçirildiyi bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)