Modern.az

Deputat bahalaşmaya etiraz etdi

Deputat bahalaşmaya etiraz etdi

Aktual

23 Fevral 2018, 13:28

“Qarşıdan Novruz bayramı gəlir və adətən, bayramqabağı bazarlarda qiymət artımı olur”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Fərəc Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

F.Quliyev bildirib ki, bayramqabağı bahalaşma nəzarətə götürülməlidir.

 

“Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artdığı halda ucuzlaşma əvəzinə bahalaşma olması absurddur. Müvafiq icra strukturları inhisarçılara qarşı tədbirlər görməlidir.

 

Kəndlilərin öz məhsullarını birbaşa bazara çıxarmasına şərait yaradılmalıdır, çünki arada olan vasitəçilər qiymətləri süni şəkildə artırır”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)