Modern.az

Kabildə kamikadze hücumu: Ölən və yaralanan var

Kabildə kamikadze hücumu: Ölən və yaralanan var

Aktual

24 Fevral 2018, 10:09

Əfqanıstanın cənubunda yerləşən Gilmənd vilayətində güclü partlayış baş verib. Modern.az-ın məlumatına görə, partlayış nəticəsində 1 nəfərin ölməsi, daha 10 nəfərin yaralanması barədə xəbər verilib.

Məlumata görə, bu partlayış intiharçı-terrorçu tərəfindən törədilib. Partlayış nəticəsində iki yerli televiziya stansiyasına da ziyan dəyib.

 

Yaralananlar arasında məktəblilərin də olduğu bildirilir.

Qeyd edək ki, bundan öncə Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verməsi barədə ölkə DİN-i məlumat yayıb. Həmin partlayışda 1 nəfərin ölməsi, daha 6 nəfərin yaralanması barədə xəbər verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı