Modern.az

Hərbi hissələrdə Xocalı soyqırımı anıldı - Fotolar

Hərbi hissələrdə Xocalı soyqırımı anıldı - Fotolar

Aktual

26 Fevral 2018, 20:42

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Müdafiə Nazirliyinin hərbi hissələrində silsilə tədbirlər keçirilib.

 

Müdafiə nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu gün hərbi hissələrin şəxsi heyəti tərəfindən Bakı və digər şəhərlərdə “Xocalı soyqırımı” abidələri ziyarət olunub. Həmçinin, ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələr oxunub, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində tədbirlər və faciənin şahidləri ilə görüşlər keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)