Modern.az

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

Aktual

28 Fevral 2018, 00:11

Azərbaycanda zəlzələ olub. Modern.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ 4,3 maqnituda gücündə baş verib.

 

Yeraltı təkanlar yerli vaxtla saat 23:03-də Xınalıqdan 17 kilometr  şimal-şərqdə Quba rayonu ərazisində qeydə alınıb.

 

Zəlzələnin ocağı yerin 36 kilometr dərinliyində olub. Yeraltı təkanlar hiss olunmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)