Modern.az

İsa Qəmbər müalicə üçün Türkiyəyə getdi

İsa Qəmbər müalicə üçün Türkiyəyə getdi

Aktual

28 Fevral 2018, 10:10

İsa Qəmbər xəstəxanadan evə buraxılıb.

 

Bir neçə gündür, Mərkəzi Klinik Xəstəxanada müayinə və müalicə olunan İ. Qəmbər bu gün xəstəxanadan çıxıb.

 

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı APA-ya bildirib ki, İ. Qəmbər daha dərindən müayinə və müalicə almaq üçün artıq Türkiyənin paytaxtı Ankara şəhərinə yola düşüb.

 

Onun özünü yaxşı hiss etdiyi bildirilir.

 

Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İ. Qəmbər bu il yanvar ayının əvvəllərində xəstəxanaya yerləşdirilmiş, ürəyinə bir neçə stent qoyulmuşdu.

 

Bir neçə gün əvvəl isə o, yenidən Mərkəzi Klinik Xəstəxanasına müraciət etmişdi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!