Modern.az

Publika.az-ın 6 yaşı tamam olur

Publika.az-ın 6 yaşı tamam olur

Aktual

1 Mart 2018, 11:18

Bu gün Publika.az saytının 6 yaşı tamam olur.

 

Modern.az-ın məlumatına görə, Publika.az xəbər portalı 2012-ci il martın 1-də fəaliyyətə başlayıb. Saytda xəbərlərlə yanaşı, geniş araşdırmalar, təhlillər, müsahibələr, həmçinin oxucunu maraqlandıran layihələr yer alır.

 

Portalın iş prinsipi gündəmə uyğun xəbərlər hazırlamaq, yeni informasiya istehsal etmək, siyasətdən tutmuş şou-biznesə qədər bütün sahələri əhatə etmək və hər kateqoriyadan olan oxucuları məlumatlandırmaqdır.

 

Modern.az Xəbər Agentliyi  Publika.az kollektivini təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayır!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!