Modern.az

ABŞ səfirliyi Ermənistanda viza saxtakarlığı sisteminin sxemini açıqlayıb

ABŞ səfirliyi Ermənistanda viza saxtakarlığı sisteminin sxemini açıqlayıb

Aktual

1 Mart 2018, 20:36

ABŞ-ın Yerevandakı səfirliyi Ermənistan vətəndaşlarının bu ölkəyə viza almaq üçün etdikləri dələduzluq sisteminin sxemini açıqlayıb. Modern.az  “Report”a istinadən xəbər verir ki, səfirliyin məlumatına əsasən, ABŞ vətəndaşı Stele Boyacyana və Ermənistan vətəndaşları - Diana Qriqroyan və Qraç Atoyana qarşı viza ilə bağlı dələduzluq ittihamı irəli sürülüb.

 

İttihama görə, onlar rüşvətlə Ermənistandan vətəndaşların qanunsuz yolla ABŞ-a çıxışını təşkil edirmişlər. Onlarda nadir hallarda verilən “R-3” tipli viza olub.

 

“Bu tip viza, adətən, Ermənistanın mədəni irsini ABŞ-da təqdim etmək üçün erməni sənətşünaslarına, mədəniyyət xadimlərinə, musiqiçilərinə və ifaçılarına verilir”, - deyə səfirlikdən bildirilib.

 

Onlar müraciət edənləri müsabiqə zamanı veriləcək suallara hansı cavabı verməklə bağlı təlimatlandırır, özlərini incəsənət adamı kimi təqdim etmələrini deyirmişlər. İttiham olunanlar Ermənistan vətəndaşlarını ABŞ-a mədəniyyət və incəsənət xadimi kimi aparırmışlar.

 

Stele Boyacyan və Qraç Atoyan mühakimə olunacaq Diana Qriqroyan barəsində isə axtarış elan edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...