Modern.az

Bakıda tanınmış travmatoloqu maşın vuraraq öldürüb - YENİLƏNİB

Bakıda tanınmış travmatoloqu maşın vuraraq öldürüb - YENİLƏNİB

Aktual

1 Mart 2018, 22:34

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub. Modern.az  “Report”a istinadən xəbər verir ki, vurulan piyada Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu, 1938-ci il təvəllüdlü İsmayılov Nadir İsmayıl oğludur.

 

E.İsmayılov uzun müddət ET Travmatologiya və Ortopediya İnstitutunda həkim kimi fəaliyyət göstərib.

 

21:26

 

Bakıda avtomobil piyadanı vurub öldürüb. Modern.az APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi paytaxtın Yasamal rayonunda qeydə alınıb.  N.Nərimanov küçəsi ilə hərəkətdə olan “Nissan X-Trail” markalı avtomobil yol keçən piyadanı vurub. Şəxsiyyəti məlum olmayan piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Polis faktı araşdırır. 

Whatsapp
Bizə yazın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)