Modern.az

Azərbaycan Ukraynadan 37,8 milyon dollarlıq ət alıb

Azərbaycan Ukraynadan 37,8 milyon dollarlıq ət alıb

Aktual

1 Mart 2018, 22:51

2017-ci ildə Ukraynadan Azərbaycana ət ixracı 2,7 dəfə artaraq 37,8 milyon dollar təşkil edib. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bunu "Aqrar İqtisadiyyat İnstitutu" Milli Elmi Mərkəzinin direktoru, Ukrayna Milli Aqrar Elmlər Akademiyasının müxbir üzvü Nikolay Puqaçev deyib.

 

O qeyd edib ki, hesabat dövründə Azərbaycan Ukraynadan ət məhsullarının idxalı üzrə beşliyə daxil olub.

 

İlk yerdə Niderland (80,5 milyon dollar), ikinci - Misir (69,4 milyon dollar), üçüncü - İraq (51,2 milyon dollar), dördüncü sırada isə Belarus (49,6 milyon dollar) qərarlaşıb.

 

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Azərbaycanla Ukrayna arasında əmtəə dövriyyəsi ötən il 810 milyon dollar təşkil edib. Bunun yarıdan çoxu Ukrayna məhsullarının Azərbaycana idxalının payına düşür - 460 milyon dollar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...