Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov NATO Parlament Assambleyasının Baş Katibi Devid Hobbs ilə görüş keçirib.
Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-NATO tərəfdaşlığı, regionda vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Q. Məmmədov Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq proqramında iştirakı barədə məlumat vermiş və tərəfdaşlığın parlamentar ölçüsünün əhəmiyyətini qeyd edib.
Baş Katib Devid Hobbs Azərbaycanın NATO əməliyyatlarına töhfəsini yüksək qiymətləndirib və NATO Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin fəal iştirakını təqdir edib.