Modern.az

Afrində 2434 terrorçu məhv edilib

Afrində 2434 terrorçu məhv edilib

Aktual

3 Mart 2018, 12:18

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2434-ə çatıb.

 

Modern.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, ötən sutka ərzində PYD, YPG və İŞİD terror təşkilatlarının 139 üzvü məhv edilib.

 
Əməliyyat çərçivəsində indiyədək 118 yaşayış məntəqəsi terrorçulardan azad edilib.

 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)