Modern.az

Məzarı işğal altında olan şairin doğum günüdür - VİDEO

Məzarı işğal altında olan şairin doğum günüdür - VİDEO

Aktual

3 Mart 2018, 13:34

Bu gün mərhum şair Ənvər Rzanın doğum günüdür.

 

Ənvər Rza 1939-cu il martın 3-də Azərbaycanın Kəlbəcər rayonunun Aşağı Ayrım (Binə) kəndində anadan olub.

 

Orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində təhsil alıb. (1957-1962). M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili leksikası kafedrasında müəllim (1962-1967), baş müəllim (1967-1972), kafedra müdiri (1972-1979), Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili leksikası kafedrasında dosent (1979-1987) işləyib.

Ənvər Rza 1987-ci ildə vəfat edib, vəsiyyətinə görə doğma kəndlərində dəfn edilib.

 

"Göz işığı" adlı ilk şeri "Ədəbiyyat və incəsənət" qəzetinin 10 fevral 1962-ci il tarixli sayında çıxdıqdan sonra bədii yaradıcılığa başlayıb. Dövri mətbuatda şerləri və bədii tərcümələri ilə çıxış edir. Bayronun "Şilyon məhbusu", "Mazepa", "Parizina" poemalarını tərcümə edib. "İngilis poeziyasının Azərbaycan dilinə tərcümə məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

 

Ənvər Rza poetik şair və bacarıqlı tərcüməçi idi. V.Şeksprin, G.Bayronun poemalarını İngilis dilindən Azərbaycan dilinə tərcümə edib.

 

Bunlardan başqa, S.Vurğunun "Vaqif" dramını ingilis dilinə, G.Bayronun "Çayıld Haroldun Səyahəti" poemasını Azərbaycan dilinə tərcümə edib. Amma vaxtsız ölüm imkan verməyib ki, onları tamamlasın.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)