Modern.az

Bu həkimlər üçün cəza SƏRTLƏŞDİRİLİR  

Bu həkimlər üçün cəza SƏRTLƏŞDİRİLİR   

Aktual

3 Mart 2018, 15:12

Hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə qadına, dölə və yenidoğulmuşa tətbiq edilən tibbi müdaxiləyə görə tibb müəssisənin müdiriyyəti və müalicə həkimi şəxsən məsuliyyət daşıyacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində qeyd edilib.

 

Belə ki, qanun layihəsinin 4-cü maddəsində (Qadınların reproduktiv sağlamlığının qorunması) göstərilib ki, hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə qadına, dölə və yenidoğulmuşa tətbiq edilən tibbi müdaxilə növləri və üsullarının həyat və sağlamlıq üçün maksimum təhlükəsizliyinin təmin edilməsi vacibdir.

 

Tibb müəssisənin müdiriyyəti və müalicə həkimi pasiyentlərin təhlükəsizliyinin təmin olunmasına görə şəxsən məsuliyyət daşıyırlar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)