Modern.az

Qubada maşın aşdı, bir ailənin üç üzvü xəsarət aldı

Qubada maşın aşdı, bir ailənin üç üzvü xəsarət aldı

Aktual

11 Mart 2018, 21:57

Qubada yol nəqliyyat hadisəsi qeydə alınıb.  

 

Modern.az APA-ya istinadən xəbər verir ki, qəza Quba-Püstəqasım kəndi ərazisində baş verib. Maşının əyləci sistemində yaranan problem nəticəsində avtomobil yoldan çıxaraq aşıb. 

 

Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Onlar 1973-cü il təvəllüdlü Telman Bürcəliyev, onun həyat yoldaşı Rəsmiyyə və oğlu 1996-cı il təvəllüdlü Elvindir. Telman və Elvin Orucəliyevlərin müalicəsi Quba Məkəzi Rayon Xəstəxanasında davam etdirilir.  R.Orucəliyeva isə ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.  


Faktla bağlı araşdırmalar aparılır. 

Sizə yeni x var
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)