Modern.az

“Sərdabənin sirri” tarixi romanı Azərbaycan dilində

“Sərdabənin sirri” tarixi romanı Azərbaycan dilində

Aktual

13 Mart 2018, 12:00

ARNK yanında Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli Ukrayna nasiri Nikolay Xomiçin “Sərdabənin sirri” kitabı işıq üzü görüb.

Nikolay Xomiç:

* “Su pərisinin gecəsi”, “Zaman”, “Yalan torpağı”, “Sərdabənin sirri” romanlarının müəllifi;

* “Voin sveta”, “Don Kixot” beynəlxalq ədəbiyyat mükafatları laureatı;

* Əsərlərinin əsas mövzusu – itirilmiş tarixi yaddaşın bərpası.

“Sərdabənin sirri” romanı qədim Kiyev-Rus dövləti hakimiyyəti dövrü yaşanan tarixi hadisələri, Qərb və Bizans sivilizasiyaları arasında seçim etmək məcburiyyətində qalmış Ukrayna xalqının keçdiyi ağrılı-acılı yolu əks etdirir.

Əsəri dilimizə Saday Budaqlı və Fərhad Abdullayev tərcümə edib.

Kitabın redaktoru Bəhlul Abbasovdur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)