Modern.az

Bakıda qadını rüsvay etməklə hədələyən kişi ondan 5100 manat alıb - HƏBS  

Bakıda qadını rüsvay etməklə hədələyən kişi ondan 5100 manat alıb - HƏBS   

Aktual

14 Mart 2018, 13:10

Bakı şəhər sakini Yaqub Zalov paytaxt sakini Z.Vəliyeva (ad- soyad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 5100 manat alıb.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, martın 12-də Suraxanı rayonunun Hovsan qəsəbəsində Y.Zalov yenidən həmin qadını hədələyib 500 manat alarkən Bakı şəhər BPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)