Modern.az

Nazim İbrahimovun yeni müavini təyin edildi

Nazim İbrahimovun yeni müavini təyin edildi

Aktual

15 Mart 2018, 13:53

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin yeni müavini təyin olunub.

 

APA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Faiq Maqbed oğlu Quliyev komitə sədrinin müavini təyin edilib.

 

F. Quliyev buna qədər "SOCAR Energy Georgia" MMC-də marketinq və beynəlxalq əlaqələr bölməsinin rəisi vəzifəsində çalışıb.

 

Qeyd edək ki, bununla da komitənin sədr müavinlərinin sayı üçə çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...