Modern.az

“Real”dan “Roma”ya 60 milyonluq təklif

“Real”dan “Roma”ya 60 milyonluq təklif

Aktual

21 Mart 2018, 12:50

“Real” “Roma”nın qapıçısı Alissonu transfer etmək istəyir. 

Qol.az-ın “Corriere dello Sport”a istinadən yaydığı xəbərə görə, Madrid klubu 25 yaşlı qapıçı üçün 60 milyon avro ödəməyə razıdır. 

“Real” futbolçunun özü ilə 5 illik müqavilə imzalamağı planlaşdırır. Keçid baş tutarsa, Alisson yeni klubunda ildə təxminən 5 milyon avro maaş alacaq. 

Qeyd edək ki, “Roma”nın heyətində saxlamaq istədiyi braziliyalı qolkiperi “Liverpul” da transfer etmək istəyir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)