Modern.az

Abşeronda avtobus yük maşını ilə toqquşdu: xəsarət alanlar var

Abşeronda avtobus yük maşını ilə toqquşdu: xəsarət alanlar var

Aktual

23 Mart 2018, 10:41

Abşeron rayonunda özəl şirkətlərin birinə məxsus sərnişin avtobusu qəzaya uğrayıb.

"Report"un xəbərinə görə, hadisə Qobu qəsəbəsində baş verib.

 

Şirkətə məxsus 10-VJ-993 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı sərnişin avtobusu hərəkət edən zaman onun qarşısına "Ford" markalı yük avtomobili çıxıb. Nəqliyyat vasitələrinin toqquşması zamanı avtobusda olan 1975-ci il təvəllüdlü Cahangirova Raifə Gülverdi qızı, 1976-ci il təvəllüdlü Hacıağayeva Şölə Sabir qızı, 1978-ci il təvəllüdlü Sadıqova Səidə Əliyoldaş qızı və 1973-cü il təvəllüdlü Abdıyev Qəhrəman Ağami oğlu müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Həkimlərin verdiyi məlumata görə, Q.Abdiyevin vəziyyəti ağırdır.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Sizə yeni x var
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)