Modern.az

Sumqayıtda oğurluq edən Bakı sakini tutulub

Sumqayıtda oğurluq edən Bakı sakini tutulub

Aktual

24 Mart 2018, 12:49

Sumqayıtda oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin  4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il sentyabrın 5-dən bu il martın 10-dək olan müddətdə şəhər ərazisində 2 evdən 990 manat, 4 ədəd qol saatı, mobil telefon, kompyuter və qızıl əşyalar, 1 mağazadan isə 441 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Suleykin saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)