Modern.az

Türkiyədə terror aktının qarşısı alındı

Türkiyədə terror aktının qarşısı alındı

Aktual

25 Mart 2018, 00:15

Türkiyənin Şanlıurfa bölgəsindəki Eyyübiye rayonunda ağır terror aktının qarşısı alınıb.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, partlayıcı qurğu Eyyübiye Anadolu İmam Hatip Məktəbi və Liseyi yolunun üstündə quraşdırılıbmış. Onu ərazidə təmizlik işləri aparan bələdiyyə işçisi aşkar edib. Əldədüzəltmə qurğu zərərsizləşdirilib. Terrorçular məktəbliləri daşıyan avtobus, ya da polislərin keçdiyi məqamda partlayıcını uzaq məsafədən işə salmağı planlaşdırıblar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)