Modern.az

Əfqanıstanda partlayış: 1 ölü, 7 yaralı

Əfqanıstanda partlayış: 1 ölü, 7 yaralı

Aktual

25 Mart 2018, 15:23

Əfqanıstanın qərbindəki Herat şəhərindəki məsciddə partlayış baş verib.

 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər həlak olub, 7 nəfər yaralanıb.

 

Yerli polisin nümayəndəsi Abdulla Əhəd Vəlizadənin sözlərinə görə, hadisə namaz zamanı baş verib.

 

İnsidentlə bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)