Modern.az

Türkmənistanda parlament seçkiləri keçirilir

Türkmənistanda parlament seçkiləri keçirilir

Aktual

25 Mart 2018, 15:47

Bu gün Türkmənistanda parlament seçkiləri keçirilir.

 

Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, səsvermənin başa çatmasına 4 saat qalmış seçicilərin 77 faizi səs verib.

 

Məclisdə 125 yer uğrunda 284 namizəd mübarizə aparır. Namizədlərdən 168-ı partiyalar, 116-ı vətəndaş qrupları tərəfindən irəli sürülüb. Deputatlığa namizədlər arasında ən məşhuru Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu 36 yaşlı Sərdar Berdıməhəmmədovdur. Ekspertlər S. Berdıməhəmmədovun parlament sədri seçilməsi şansını yüksək qiymətləndirir.

 

Seçkiləri ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Şanxay Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, 140 xarici, o cümlədən 4 mindən çox yerli müşahidəçi izləyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı