Modern.az

Rusiyada ticarət mərkəzində yanğın - 3-ü uşaq olmaqla 4 ölü

Rusiyada ticarət mərkəzində yanğın - 3-ü uşaq olmaqla 4 ölü

Aktual

25 Mart 2018, 16:54

Bu gün Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində yanğın nəticəsində 3 uşaq və bir qadın ölüb.

 

Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko bildirib.

 

Ölən uşaqlar və qadın yanğın zamanı ticarət mərkəzindəki uşaq əyləncə otağında olub. S. Petrenko yanğın zamanı xəsarət alan 26 nəfərin xəstəxanalara yerləşdirildiyini də qeyd edib.

 

S. Petrenko ticarət mərkəzində yerləşən iki kinoteatr zalında tavanın çökdüyünü da açıqlayıb. Hazırda yanğının söndürülməsi və xilasetmə işləri davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı