Modern.az

Xorvat futbolçu oyun zamanı öldü – VİDEO

Xorvat futbolçu oyun zamanı öldü – VİDEO

Aktual

25 Mart 2018, 22:25

Xorvatiya milli liqasının oyunu zamanı 25 yaşlı futbolçu Bruno Boban sinəsinə dəyən top zərbəsindən sonra vəfat edib.

Modern.az xəbər verir ki, bu haqda “Marsoniya” klubunun səhifəsində qeyd edilib.

Faciə “Slavoniya” ilə görüşün 15-ci dəqiqəsində baş verib. Topun Bobana dəyməsi nəticəsində o, özünü pis hiss edib. Komanda yoldaşları və həkimlər onu xilas edə bilməyiblər.

“Marsoniya” klubunun bütün oyunçuları, rəhbərliyi və əməkdaşları Bobanın ailəsinə vaxtsız itkiyə görə başsağlığı verir”, – klubunun Facebook səhifəsində yazılıb.

Futbolçunun ölüm səbəbi hələ ki açıqlanmır. (oxu.az)

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı