Modern.az

Quyuya yıxılan kişi xəstəxanalıq oldu

Quyuya yıxılan kişi xəstəxanalıq oldu

Aktual

26 Mart 2018, 10:41

Qaxda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, martın 25-də saat 19.00 radələrində Qax şəhəri, H. Z. Tağıyev küçəsi ev 1 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Ləqman Mehdi oğlu Əhmədov travmatikşok vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

 

MRX-dan APA-ya bildirilib ki, Ləqman Əhmədovun “Qax Taxıl” Açıq Səhmdar Cəmiyyəti müəssəsinin həyətindəki quyuya yıxılaraq ağır qapalı kəllə-beyn travması aldığı məlum olub. Xəstəxanada ilkin tibbi yardım göstərilən xəstə müayinə və müalicəsini davam etdirmək üçün Gəncə şəhərindəki xəstəxanalardan birinə aparılıb.


 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...