Modern.az

Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazandı

Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazandı

Aktual

26 Mart 2018, 22:16

Bu gün şahmat üzrə İddiaçılar Turnirinin 13-ci turu keçirilib.

Modern.az xəbər verir ki,  azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov tur çərçivəsində keçirilən oyunda Rusiya təmsilçisi Aleksandr Qrişükla görüşüb. Oyun Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Bu Məmmədyarovun turnir çərçivəsində üçüncü qələbəsi olub.

Bu görüşdən sonra hesabında üç qələbə, doqquz heç-heçə və bir məğlubiyyət olan Azərbaycan şahmatçısının aktivində 7,5 xal var.

 

Növbəti turda, martı 27-sı Məmmədyarovun rəqibi Vladimir Kramnik (Rusiya) olacaq.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı