Modern.az

Bakıda daha bir piyada ÖLÜMÜ

Bakıda daha bir piyada ÖLÜMÜ

Aktual

27 Mart 2018, 14:48

Binəqədi qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, martın 26-da saat 23 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsində Abşeron rayon sakini Vüsal Quliyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən qəsəbə sakini Məqsəd Heydərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı