Modern.az

Milli Şuranın mitinqinə icazə verildi

Milli Şuranın mitinqinə icazə verildi

Aktual

28 Mart 2018, 17:04

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 31-də mitinq keçirməsi ilə bağlı müraciətini cavablandırıb.

 
BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov APA-ya bildirib ki, BŞİH aksiyanın martın 31-də keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.
 
Qeyd edək ki, Milli Şura martın 31-də keçmiş “Məhsul” stadionunda mitinq keçirmək üçün BŞİH-ə müraciət edib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!