Modern.az

Bakıda 15 əcnəbi saxlanılıb

Bakıda 15 əcnəbi saxlanılıb

Aktual

29 Mart 2018, 11:02

Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə çər­çi­və­­sində tədbirləri da­vam etdirir.

Xidmətdən Modern.az-a verilən məlumata görə, qanunsuz miqrasiyaya qarşı keçirilən təd­bir­lər za­ma­nı 14 nə­fər Hindistan və 1 nəfər Banqladeş və­­tən­da­şı olmaqla, ümumilikdə 15 əcnəbi sax­­­la­nıl­ıb.

Araşdırma zamanı Hindistan vətəndaşlarından 6 nəfərin Azərbaycan əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duğu və 8 nəfərin ölkəyə gəlişinin bəyan edil­miş məqsədinə əməl etmədiyi məlum olub.

Saxlanılmış və ölkə ərazisində qanunsuz yaşayan Banq­la­deş vətən­daşı Abir Mirzanur Rahmanın müəyyən məbləğdə ödəniş qar­­şı­lığında saxta müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əldə etməyə ça­lışdığı məlum olub. Belə ki, Dövlət Miqrasiya Xidməti tərəfindən Rusiya Federasiyasının az­yaş­lı vətəndaşının adına verilmiş vəsiqənin elektron nüsxəsi üzərində mə­lu­­mat­lar dəyişdirilərək A.M.Rahmanın adına sax­ta­laş­dı­rılıb. Əcnəbi hə­min vəsiqənin Azərbaycan vətəndaşı Yu­subov Tərlan Tofik oğ­lu tərəfindən hazırlandığını bildirib.

Bundan əlavə, Azərbaycana işləmək adı altında aldadılaraq gətirilmiş və keçirilmiş tədbirlər zamanı saxlanılmış daha 4 nəfər Hindistan və­tən­da­şı­­nın sahibkarlıq fəaliyyəti adı altında pərdələndiyi, lakin heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqları məlum olub. Bu şəxslərdən bəzilərinin Azərbaycana gə­­tirilmələrini, burada yerləşdirilmələrini Azər­bay­canda daimi yaşayan Pakistan İslam Respubli­ka­sı­nın və­tən­da­şı Mu­ham­mad Nasirin təşkil etdiyi və onun müəyyən məb­ləğdə ödəniş qar­şı­lı­ğın­da həmin əcnəbiləri qa­nun­suz yollarla leqal­laş­dı­rmağa çalışdığı aşakar edilib.

Göstərilən hər iki faktla bağlı müvafiq tədbirlər görülməsi üçün materiallar aidiyyəti orqanlara göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)