Modern.az

Lavrov ATƏT-in baş katibi ilə Qarabağı müzakirə edəcək

Lavrov ATƏT-in baş katibi ilə Qarabağı müzakirə edəcək

Aktual

29 Mart 2018, 17:51

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov aprelin 5-də ATƏT-in baş katibi Tomas Qreminqerlə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək.

 

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

 

"ATƏT-in baş katibi Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi VII Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Moskvada olacaq", - o deyib.

 

M.Zaxarovanın sözlərinə görə, S.Lavrovla T.Qreminqer Donbas, Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin həllində ATƏT-in rolunu və digər məsələləri müzakirə edəcəklər.(“Report”)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı