Modern.az

ATƏT prezident seçkiləri ilə bağlı aralıq hesabatı AÇIQLADI

ATƏT prezident seçkiləri ilə bağlı aralıq hesabatı AÇIQLADI

Aktual

29 Mart 2018, 18:59

ATƏT/DTİHB-nin aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyası aralıq hesabatını açıqlayıb.

Modern.az-ın məlumatına görə, hesabat qurumun rəsmi saytında dərc olunub.

 

Hesabatda deyilir: “Azərbaycan hökumətinin dəvəti ilə və fevralın 21-22-də keçirilən qiymətləndirmə missiyasının nəticələrinə əsasən ATƏT/DTİHB martın 9-u prezident seçkilərini müşahidə missiyası yaradıb. Korien Yonkerin rəhbərlik etdiyi missiya Bakıda fəaliyyət göstərən 11 nəfərlik əsas qrupdan və martın 15-dən Azərbaycanda olan 28 uzunmüddətli müşahidəçidən ibarətdir. Missiya üzvləri ATƏT-in 20 üzv ölkəsindən cəlb olunub”.

 

Hesabatda qeyd olunur ki, seçkilərin ümumi keçirilməsinə görə Mərkəzi Seçki Komissiyası (MSK) məsuliyyət daşıyır:

“Zərurət yarandıqda MSK ATƏT/DTİHB-nin müntəzəm olaraq dəvət edildiyi sessiyalar keçirir. Kütləvi informasiya vasitələrinin nümayəndələri bu tədbirlərdə fəal iştirak edir”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)