Modern.az

UNEC alimlərinin tədqiqatı qlobal elmi bazalarda

UNEC alimlərinin tədqiqatı qlobal elmi bazalarda

Aktual

30 Mart 2018, 14:25

UNEC-in alimlərinin tədqiqat işləri dünyanın ən böyük istinad bazası olan “Scopus” və “Web of Science” məlumat bazasına daxil edilib.

 

UNEC-in “İqtisadiyyat” kafedrasının dosenti Rövşən Əkbərov ilə “Beynəlxalq iqtisadiyyat” kafedrasının dosenti Emin Qəriblinin həmmüəllifi olduqları “İntuitiv linqvistik fazzi rəqəmlər vasitəsilə sosial-iqtisadi inkişafın analizi” və UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktor müavini, “Beynəlxalq iqtisadiyyat” (ingilis dilli) kafedrasının dosenti İnara Rzayevanın həmmüəllifi olduğu “BMT-nin FAO-nun ərzaq təhlükəsizliyi proqramı çərçivəsində nəticələrin monitorinqi və hesabat vermə üçün qeyri-səlis koqnitiv model inkişafı” mövzularında tədqiqat işləri “Scopus” məlumat bazasına daxil olan “Procedia Computer Science” (İSSN 1877-0509 online, 120 (2017), təsir faktoru (CiteSCore):1.01) jurnalında dərc olunub.

 

UNEC alimlərinin tədqiqatları eyni zamanda “Clarivate Analitics” şirkətinin “Web of Science” bazasına da daxil edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)