Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Məzahir Pənahov aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı bir sıra tapşırıqlar verib.
Modern.az-ın məlumatına görə, MSK sədri M.Pənahov bildirib ki, artıq seçki bülletenlərinin çapı başa çatıb,
“Aprelin 1-dən etibarən seçki dairələrinə paylanılmasına başlanılacaq.
M.Pənahov bildirib ki, bütün prosedurlar Seçki Məcəlləsinin tələbinə uyğun həyata keçirilməlidir.
“Səsvermə günü hansısa qanundan kənar hal baş versə, dərhal qanun çərçivəsində tədbirlər görüləcək. İnanıram ki, heç bir xoşagəlməz hal baş verməyəcək”.