Modern.az

“Dövlətqaçqınkom” Zabil Müqaliboğlunun bacısını mənzillə təmin edəcək

“Dövlətqaçqınkom” Zabil Müqaliboğlunun bacısını mənzillə təmin edəcək

Aktual

30 Mart 2018, 18:01

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mərhum jurnalist Zabil Müqaliboğlunun bacısını mənzillə təmin edəcək.

Bu barədə Modern.az saytına Zabil Müqaliboğlunun bacısı Sevinc Fərhadova məlumat verib. O deyib ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov  onunla əlaqə yaradaraq, evlə təmin ediləcəyini bildirib:

“Bilirsiniz ki, bir müddət bundan öncə  Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki “Məşəl” düşərgəsinin ərazisində  güclü yanğın zamanı  yaşadığım  ev yanıb kül oldu. Baş verən hadisəyə görə evsiz idim. Buna görə də Mətbuat Şurasının sədri Əflatun Amaşov  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb. Daha sonra mənə zəng edərək bildirdi ki, komitə məni mənzillə təmin edəcək”.

Sevinc Fərhadova 2017-ci il fevralın 27-də vəfat edən Z.Müqabiloğlunun bacısıdır. S.Fərhadova valideynləri və  qardaşı dünyasını dəyişəndən sonra  həmin evdə tək yaşayıb. S.Fərhadova Zəngilandan olan məcburi köçkündür.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı