Modern.az

Hindistanın xarici işlər naziri Bakıya gəlir

Hindistanın xarici işlər naziri Bakıya gəlir

Aktual

30 Mart 2018, 20:58

Hindistanın xarici işlər naziri Suşma Svaraj Azərbaycana rəsmi səfərə gələcək.

APA-nın diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, xanım S. Svaraj 4-6 aprel tarixlərində Bakıda olacaq.

Rəsmi səfər çərçivəsində S. Svarajın azərbaycanlı həmkarı Elmar Məmmədyarovla ikitərəfli görüşü nəzərdə tutulub. Qonaq aprelin 5-6-da Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçiriləcək “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında da iştirak edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)