Modern.az

Köçkün qardaş-bacı 31 Mart Soyqırımına kompozisiya həsr etdi - VİDEO

Köçkün qardaş-bacı 31 Mart Soyqırımına kompozisiya həsr etdi - VİDEO

Aktual

30 Mart 2018, 21:18

Qubadlı rayonu Fəxrəddin Hüseynov adına Mahmudlu kənd musiqi məktəbinin şagirdləri Nəsirli Məhəmməd Əmin və Əminə Yaqut qardaş-bacıları 31 Mart Azərbaycanlıların Soyqırımının 100 illiyinə musiqili kompozisiya həsr ediblər. Modern.az-ın məlumatına görə, balaca musiqiçilər “Sarı gəlin” xalq mahnısını yeni tərzdə ifa edərək, xalqımızın başına gətirilmiş qanlı hadisələri musiqinin dili ilə təsvir ediblər. 

Musiqili kompozisiyanın ideyası filologiya üzrə fəlsəfə doktoru  Sevinc Məmmədovaya məxsusdur. Konsertmeysterlər  Lalə Əliyeva və Ruhiyyə Xəlilovadır. Xatırladaq ki, Əminə Yaqut “Borjomi-2017” Beynəlxalq Musiqi Festivalının laureatıdır.

Balaca musiqiçilər Füzuli rayonundan məcburi köçkündürlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...